Dünya

Afrikada kakao emalı zavodları qiymətlərin artması səbəbindən bağlanıb

Kakao paxlasının bahalaşması istehsalında dünya lideri olan Kot-d’İvuar və Qanadakı bir sıra ən iri kakao emalı zavodlarında işlərin dayandırılmasına səbəb olub.

“Zirvə yolu” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Qeyd olunub ki, Kot-d’İvuarda dünya kakao istehsalının demək olar ki, yarısını istehsal edən müəssisələrin bağlanması təhlükəsi var.

2024-cü ildə kakao paxlasının qiymətindəki artım artıq 50%-i keçib. Belə ki, martın əvvəlində kakao paxlasının tarixi maksimum mübadilə dəyəri müəyyən edilib – hər ton üçün 7 min dollar.

Ekspertlər hesab edirlər ki, Afrikada yaranmış vəziyyət şokoladın və bütün qənnadı məmulatları qruplarının qiymətlərinin daha da artmasına səbəb olacaq. Hər iki ölkə dünya kakao paxlası istehsalının demək olar ki, 60%-ni təşkil edir.

Qərargahı Abidjanda yerləşən Beynəlxalq Kakao Təşkilatının hesablamalarına görə, cari kənd təsərrüfatı ilində (2023-2024) kakao paxlasının qlobal istehsalı əvvəlki ilə müqayisədə 11% azalaraq 4,45 milyon tona çatacaq.

Beləliklə, artıq üçüncü ildir ki, qlobal kakao paxlası bazarı kəsirlə üzləşəcək. Bu il dünya bazarında kakao paxlasının qıtlığı bir il əvvəlki 74 min ton ilə müqayisədə sentyabra qədər 375 min ton təşkil edəcək.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir