Son bir ildə Azərbaycanda avtomobillərin icbari sığortası üzrə ən çox şikayət edilən şirkət “Xalq Sığorta” (4,44 indeksi ilə) olub.
Bu barədə Mərkəzi Bank məlumat yayıb.
Bildirilib ki, cari ilin fevral ayı üzrə açıqladığı şikayət indeksində bildirilib. Məlumata görə, ötən ay ən çox şikayət edilən şirkət – “Bakı Sığorta” isə 2,36 indeksi ilə ikinci, “Atəşgah Sığorta” 1,80 indeksi ilə siyahıda üçüncü olub.
Maraqlıdır, reytinqi aşağı olan sığorta şirkətləri bağlanacaq?
Bank üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov “Cebhe.info”-ya bildirib ki, adıçəkilən sığorta şirkətləri bağlanmayacaq:
“Ölkəmizdə reytinqi aşağı, müştəri narazılığı olan bir çox sığorta şirkətləri var. Hazırda sözügedən şirkətlər üzrə müştəri narazılıqları artmaqdadır. Bu isə sığorta şirkətlərinin iflas olmasına gətirib çıxaracağı mənasına gelmir. Çünki şikayətlər müxtəlifdir. Ona görə bu istiqamətdə statistik hesabatlar da tez-tez dəyişir. Ola bilər ki, reytinqdə ən aşağı pillədə olan şirkət birdən-birə reytinqi yüksəlsin. Buna görə də sığorta şirkətlərinin bağlanacağını proqnozlaşdırmaq doğru deyil”.