Bakının Nizami rayonunda 15 yaşlı yeniyetmə yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
“Zirvə yolu” xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 2009-cu il təvəllüdlü Musalı Zilan Ruslan qızı xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır .