Novruz bayramı ərəfəsində Naxçıvanda sosial qayğıya ehtiyacı olan 1200 ailəyə bayram sovqatı verilib.
“Zirvə yolu”nun xəbərinə görə, martın 14-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən digər bölgələrlə yanaşı, Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında yaşayan aztəminatlı, o cümlədən şəhid, qazi və digər həssas qruplardan olan 1200 ailə üçün ərzaq bağlamalarından ibarət yardım təşkil olunub.
Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev, konfederasiyanın sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev bayram sovqatının təşkili ilə bağlı Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə məlumat veriblər.
Sonra sovqatlardan ibarət 6 avtomobil təyinatı üzrə ünvanlara yola salınıb.