Siyasət

Serbiyanın eks-prezidenti: Hazırda dünya nüvə müharibəsi təhlükəsi ilə üz-üzədir

HƏMAS-İsrail müharibəsini dayandırmağı və növbəti münaqişənin qarşısını almağı bacarmalıyıq.

“Zirvə yolu” xəbər verir ki, bunu Serbiyanın keçmiş Prezidenti Boris Tadiç jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Serbiya tarixən çox əziyyət çəkib:

“Biz özümüzü həmişə qurban hesab edirik. Amma bəzən tarixdə, məsələn, keçmiş Yuqoslaviyadakı müharibədə müəyyən qəddarlıqlar etmişik. Bu baxımdan, bir növ özünütənqid və çox dürüst yanaşma son dərəcə faydalı ola bilər. Qorxuram ki, Qəzzada bu cür münaqişə hər iki tərəfin alət olduğu bir şeydir. Hər iki tərəfdə – israillilər və fələstinlilər arasında ekstremistlər var. Beynəlxalq ictimaiyyətin müdaxiləsi olmadan bu cür münaqişəni sona çatdırmaq mümkün deyil. Gələcək haqqında da düşünməliyik”.

Sabiq dövlət başçısı hesab edir ki, hazırda dünya nüvə müharibəsi təhlükəsi ilə üz-üzədir: “Rusiya-Ukrayna müharibəsi vəziyyəti gərginləşdirir, amma bu müharibəni kənara qoysaq, dünya nüvə müharibəsi təhlükəsi ilə üz-üzədir. Nüvə müharibəsində qalibləri və məğlublarını tapa bilməzsiniz. Hər kəs itirəcək”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir