Türkiyə ilə Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində məsləhətləşmələr aparıb
Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin Ankarada türkiyəli həmkarı Burak Akçapar ilə Ukraynadakı münaqişənin diplomatik həlli və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması mövzularında məsləhətləşmələr aparıb.
“Zirvə yolu” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Diplomatlar Ukraynadakı münaqişəni, o cümlədən onun siyasi və diplomatik həlli perspektivlərini müzakirə ediblər. Bu kontekstdə Rusiya tərəfi ABŞ başda olmaqla kollektiv Qərbin Kiyev rejiminə silah ötürülüməsini dayandırmasının vacibliyinə işarə edib.
Tərəflər Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesinin vacibliyini vurğulayıblar.