Azərbaycan və İraq arasında enerji məsələləri üzrə potensial əməkdaşlıq imkanları müzakirə edilib.
“Zirvə yolu” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir bildirib ki, İraqa səfəri çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəflə birlikdə bu ölkənin Baş nazirinin müavini, neft naziri Hayan Əbdülğani ilə görüşüb: “Yaşıl enerji”yə keçiddə ölkəmizin hədəfləri, SOCAR-ın bu istiqamətdə tərəfdaşlarla birgə icra etdiyi layihələr və enerji məsələləri üzrə potensial əməkdaşlıq imkanları barədə fikir mübadiləsi apardıq”.