Bakı şəhərinin Nizami rayonunda anbar kimi istifadə olunan obyektlərdə yanğın olub.
“Zirvə yolu” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Məlumata görə, bir dam altında tikilən ümumi sahəsi 1 440 m² olan 18 ədəd anbar kimi istifadə olunan obyektlərdən 3 ədədinin dam örtüyünün yanar konstruksiyaları 70 m² sahədə və içərisinə yığılan əşyalar qismən yanıb. Bitişik obyektlər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.