Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Pekində Pakistanın Çindəki səfiri Xəlil Haşmi (Khalil Hashmi) ilə görüşüb.
“Zirvə yolu” xəbər verir ki, bu barədə o, “X”də yazıb.
“Pakistanın milli bayramı münasibətilə təbriklərimi çatdırdım və Azərbaycan ilə Pakistan arasında dostluq və əlaqələrin möhkəmləndiyini bir daha vurğuladım”,- Prezidentin köməkçisi əlavə edib.