İranın cənubunda 4,9 maqnitudada zəlzələ baş verib.
“Zirvə yolu”nun xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri təxminən 1,24 milyon nəfər əhalisi olan Şiraz şəhərindən 216 km cənub-şərqdə yerləşib. Zəlzələ ocağı 25 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat yoxdur.