Ədən körfəzində naməlum şəxslər Yəmənin balıqçı gəmisini ələ keçirib, zərərçəkən var.
“Zirvə yolu”nun məlumatına görə, bu barədə “Reuters” Britaniyanın dəniz təhlükəsizliyi məsələləri ilə məşğul olan “Ambrey” şirkətinə istinadən xəbər verib.
“Balıqçı gəmisinin heyəti Somalinin Bosaso şəhərində endirilib”, – məlumatda bildirilir. Həmçinin bir ekipaj üzvünün güllə yarası aldığı vurğulanır. Agentlik qeyd edib ki, söhbət Ədən körfəzində gəminin ələ keçirilməsindən gedir.