Dünya Manşet

Rusiya MSK: Putin prezident seçkilərində qalib gəlib – YENİLƏNİB-5

Rusiyada seçki bülletenlərinin 99,1 %-i hesablanıb, hazırkı dövlət başçısı Vladimir Putin prezident seçkilərində liderdir.

“Zirvə yolu”nun xəbərinə görə, bu barədə Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının (MSK) rəsmi saytında dərc olunan məlumatda deyilir.

Prezident seçkilərində səsvermənin nəticələrinə əsasən bülletenlərin 99,1 %-nin hesablanmasından sonra Vladimir Putin (namizədliyi özü tərəfindənə irəli sürülüb) 87,33 %, Nikolay Xaritonov (Rusiya Kommunist Partiyası) 4,31%, Vladislav Davankov (“Yeni İnsanlar”) 3,79%, Leonid Slutski (RLDP) – 3,19 % səs toplayıb.

05:38

Rusiyanın hazırkı dövlət başçısı Vladimir Putin prezident seçkilərində bülletenlərin 95,8 %-nin hesablanmasının nəticələrinə əsasən səslərin 87,32 % ilə liderdir.

“Zirvə yolu”nun məlumatına görə, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) saytında dərc olunan xəbərdə deyilir.

Siyahıda ikinci yerdə 4,28 faiz səs toplayan Rusiya Federasiyası Kommunist Partiyasının namizədi Nikolay Xaritonov, üçüncü yerdə 3,85 faiz səslə “Yeni insanlar” Partiyasının namizədi Vladislav Davankov qərarlaşıb. Dördüncü yeri 3,15 % səslə RLDP-nin namizədi Leonid Slutski tutub.

04:00

Rusiya prezidentliyinə namizəd və hazırkı dövlət başçısı Vladimir Putin 2024-cü ildə keçirilən prezident seçkilərində protokolların 90 %-nin hesablanmasının nəticələrinə görə 87,21 % səslə liderdir.

“Zirvə yolu” xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının rəsmi saytında dərc olunan məlumatda deyilir.

Siyahıda ikinci yerdə 4,28 faiz səs toplayan Rusiya Federasiyası Kommunist Partiyasının namizədi Nikolay Xaritonov, üçüncü yerdə 3,93 faiz səslə “Yeni insanlar” Partiyasının namizədi Vladislav Davankov qərarlaşıb. Dördüncü yerdə 3,16 % səslə RLDP-nin namizədi Leonid Slutski qərarlaşıb.

01:36

Rusiya prezidentliyinə namizəd və hazırkı dövlət başçısı Vladimir Putin prezident seçkilərində protokolların 70,03 faizinin hesablanmasının nəticələrinə əsasən səslərin 87,17 faizini toplayaraq liderdir.

“Zirvə yolu”nun məlumatına görə, bu barədə Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının məlumatında deyilir.

Siyahıda ikinci yerdə 4,19 faiz səs toplayan Rusiya Federasiyası Kommunist Partiyasının namizədi Nikolay Xaritonov, üçüncü yerdə 4,08 faiz səslə “Yeni insanlar” Partiyasının namizədi Vladislav Davankov qərarlaşıb. Dördüncü yerdə 3,15% səslə RLDP-nin namizədi Leonid Slutski qərarlaşıb.

Beləliklə, ikinci turun keçirilməsi ehtimalı istisna edilir. Birinci turda seçkidə qalib gəlmək üçün namizəd səsvermədə iştirak edən seçicilərin yarıdan çoxunun səsini almalıdır. Namizədlərdən heç biri bu qədər səs toplaya bilməsə, 21 gündən sonra seçkilərin ikinci turu keçirilir.

23:58

Rusiyanın hazırkı dövlət başçısı Vladimir Putin protokolların 40 %-nin hesablanmasından sonra prezident seçkilərində 87,34 % səslə liderdir.

“Zirvə yolu” xəbər verir ki, bu barədə Rusiyanın Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.

Siyahıda ikinci yeri Kommunist Partiyasını təmsil edən Nikolay Xaritonov (4,02 %), üçüncü yeri “Yeni insanlar”dan Vladislav Davankov (3,98%), dördüncü yeri Liberal Demokrat Partiyasından Leonid Slutski (3,07%) tutub.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, prezidentliyə namizəd və hazırkı dövlət başçısı Vladimir Putin seçkilərdə səslərin hesablanması ilə bağlı məlumatlandırılıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir