Cəmiyyət

Şahbuzda müəllimlərin 7-ci sinifdə oxuyan qıza qarşı VƏHŞİLİYİ… – BU NƏDİ BELƏ?!

Şahbuz rayon Sələsüz kənd tam orta məktəbinin 7-ci sinifində oxuyan qız şagirdlərdən biri döyülüb, daha sonra isə, əxlaqsız söyüşlərlə təhqir olunub. Ona qarşı bu hərəkəti edənlərin isə məktəbin dərs hissə müridi Çiçək Novruzova və Uşaq Birliyinin rəbhəri Sahilə Həsənovanın olduğu bildirilir. Bu haqda „Gündəlik Naxçıvan“a zərərçəkən şagirdin qohumları məlumat veriblər.
Onlar deyirlər ki, bir neçə müəllim və şagirdin gözü qarşısında baş verən bu hadisəyə zərərçəkən şagirdin Sahilə Həsənovanın nəvəsi ilə dalaşması səbəb olub. Yəni, müəllimin şagirdi döyüb, təhqir etməsi öz nəvəsinin qisasını almaq məqsədi daşıyıb:
„İki şagird öz aralarında mübahisə ediblər. Bu normal haldır və demək olar ki, hər məktəbdə hər gün baş verir. Belə halda hər iki uşaqla söhbət aparılmalıdır, problem yoluna qoyulmalıdır. Lakin, Sahilə müəllim araşdırmadan nəvəsinin tərəfini tutub, bu azmış kimi, bizim uşağı otağa qatıb, əlavə olaraq, dərs hissə müdirini köməyə çağırıb. Onlar bir neçə uşağın qarşısında qızın saçından yolub, fiziki güc göstərib, onu hündür səslə küçə söyüşləri ilə təhqir ediblər. Bundan xəbər tutan valideynlər söhbət aparmaq üçün məktəbə getsələr də, onlar da təhqir olunaraq, qapıdan qovulublar. Sonda da deyiblər ki, əgər harasa şikayət etsələr, qız məktəbdən qovulacaq“.
Qohumları deyir ki, təhqir olunan şagird aldlğı psixolji travmaya görə, bir daha məktəbə getmək istəmir:
“Uşaq həm qorxub, həm də başqalarının gözü qarşısında təhqir olunmasını, alçaldılmasını özünə sığışdıra bilmir. O, ağır psixoloji sarsıntı keçirib. Deyir ki, mən bir daha məktəbə gedib, heç kimin gözünə görünmək istəmirəm. Valideynləri polisə şikayət etdilər. Polis də məktəbə gəlib, müəllimlərin tərəfini saxladı. Sahə müvəkkili dedi ki, belə şeylər məktəbdə normal haldır. Ümid edirik ki, hadisə ictimailəşdikdən sonra aidiyyatı qurumlar obyektiv araşdırma aparılacaq, qız şagirdinə qarşı fiziki güc tətbiq edən, əxlaqsız söyüşlər söyərək ictimayyət qarşısında alçaldanlar öz layiqli cəzalarını alacaqlar”.
Adı çəkilən məktəbdən hadisəyə münasibət bildirmək istəmədilər.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir