Cəmiyyət

Əgər bu faktlar ciddi araşdırılarsa… – İTTİHAM VAR…

Bir neçə gündür ki, Abşeron-Xızı Regional təhsil İdarəsinə 2022-ci ildən rəhbər təyin olunmuş İlhamə Abdullayeva ilə bağlı bir neçə ittiham dolu iddiaları təqdim etməkdəyik.

Sonuncu yazı burada: Təhsil müdirinin texniki işçi BİZNESİ… – BU NƏDİ BELƏ?!

Qeyd edək ki, ortadakı ittihamların ciddiliyi gərəkən qurumların dərhal hərəkətə keçməsini zəruri etsə də, hansısa formada cəza tədbiri hələlik müşahidə olunmur.

Biz isə nyus.az-a istinadla növbəti iddiaları təqdim edirik.. Beləliklə…

***

İlhamə Abdullayevaya sual olunur, niyə Regional İdarəyə müdir təyin olunan kimi Sumqayt Təhsil Şöbəsini yenidən təmir ( remont ) etdirdin? Axı adı çəkilən bina 2021-ci ildə təmirdən çıxmışdı. Maraq nə idi? Əsaslı təmir adı ilə dövlətin büdcəsini talamq hansı maraqdan irəli gəlir? Əgər təhsilə belə canın yanırdısa, Abşeron təhsilinin binasını da əsaslı təmir etdirərdin, niyə etdirmirsən? Özün üçün xüsusi otaq, otağın arxasında istirahət yeri, bufet. Xüsusi ağ mebeller var ki, bunların da qiyməti kəllə çarxa çıxıb. Yoxsa nazir Emin Əmurullayev vəzifəyə yeni təyin olunan kimi öz kabinetinə məxsus mebellərin dəyişdirilməsi ilə bağlı verdiyi sərancamdan sən də ibrət götürdün?


***

Onu da qeyd edək ki, İlhamə Abdullayeva 2023-cü ilin may ayında özünə yaxın direktorlarla birgə Estoniyaya təlim adı ilə səfər etdi. Səfərin qiyməti isə 5000 avro təşkil edirdi. 2023-cü ilin mart ayındakı səfər 1600 avro təşkil etdiyi halda may ayındakı qiyməinin yüksək olması bizdə şübhə yaratdı. Araşdırdıq ki, bu dəfəki səfər təlim deyil, şəxsi məqsədlər üçün gəzməyə yönəldilmişdir. Bir qrup İlhamə Abdullayevaya yaxın olan direktorlar öz mənafeləri naminə məktəbdən yığdıqları pullar hesabına xarici ölkələrdə təlim adı ilə istirahət edirlər. Öz əmək haqları 1500 manat civarında dəyişən direktorlar sizcə hansı haram yollarla qazandıqları pullarla Estoniyada istirahət edirlər və iş vaxtlarında…

***

Hər halda bu faktlar üçün bir hüquqi araşdırma zərurəti yetərincə hiss olunandır…

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir