Ruhiyyə Əliyeva Tovuzdan deputat olmaq istəyir? – “Soyuqdur, paylarını verin, getsinlər” – VİDEO
“Liatris Holding”in baş direktoru, iş adamı, müğənni Ruhiyyə Əliyeva sosial şəbəkələrdə tənqid edilib.
32gun.az-ın məlumatına görə, Ruhiyyə Əliyevanın tənqid edilməsinə səbəb Tovuz rayonunda Əyyublu kəndində “Ramazan” bayramına görə həssas təbəqələrədən olan insanlara bayram sovqatı verməsi olub.
Ruhiyyə Əliyeva Əyyublu kəndində ərzaq bağlamalarından ibarət bayram hədiyyələri paylamamışdan əvvəl 10 nəfərə yaxın insanla məktəbdə görüş keçirib. Ruhiyyə Əliyeva doğulduğu kəndində daha sakinin onu qarşılaşacağını fikirləşsə də, görüşdə az sayda insan iştirak edib. Bu da onun narahatlığına səbəb olub.
Bu azmış kimi görüş zamanı Ruhiyyə Əliyevanın yanında olan şəxs “soyuqdu, paylarını verin, getsinlər” fikrini səsləndirib. Ruhiyyə Əliyeva onun fikrini təbəssümlə qarşılayıb və tədbiri yekunlaşdırıblar.
Özünü xeyriyəçi iş adamı kimi təqdim edən Ruhiyyə Əliyeva son görüntülərə görə sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid edilib.
32gun.az-a daxil olan məlumata görə, Ruhiyyə Əliyeva Azərbaycanda qarşıdan gələn parlament seçkilərində iştirak etmək arzusundadır. İddia edilir ki, şirkət direktoru doğulduğu Tovuz rayonundan deputat olmaq istəyir. Dolayısı ilə son vaxtlar Tovuzda aktiv görüşlər keçirilməsinin əsas səbəbi də bu olduğu istisna edilmir.
Müğəni olduğu dönəmdə Ruhi kimi tanınan “Liatris Holding”in direktoru artıq tam adını da Ruhiyyə Əliyeva kimi yazdırır.