Bakının Sabunçu rayonunun Nardaran kəndində ölümlə nəticələnən hadisə baş verib.
“Zirvə yolu” xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, martın 26-da Sabunçu rayonu Nardaran kəndi ərazisində yerləşən qum karxanasında 1978-ci il təvəllüdlü Ədalət Hüseynovun yükqaldırıcı avtomobillə (kran) beton lövhə arasında qalması nəticəsində almış olduğu xəsarətlərdən ölüb.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.