Dünya Manşet

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti”ni tanımır

Ermənistan mühacirətdə olan hər hansı “Dağlıq Qarabağ hökuməti”ni tanımır.

“Zirvə yolu” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin martın 28-də keçirilən iclasında bildirib.

O deyib ki, Azərbaycanın Qarabağ bölgəsini tərk edən bəzi dairələr Ermənistanın milli təhlükəsizliyini təhdid edən addımlar atırlar: “Açıq şəkildə bildirmək istəyirəm ki, Ermənistanda yeganə hökumət var və bu salonda oturub. Xarici qüvvələrin müəyyən dairələrdən istifadə edərək Ermənistanın təhlükəsizliyinə təhdid yaratmamaları üçün uyğun tədbirlər görülməlidir”.

N.Paşinyanın sözlərinə görə, belə açıqlamalar Ermənistanın milli təhlükəsizliyini təhdid edir.

Qeyd edək ki, Qarabağ separatçılarının keçmiş rəhbəri Samvel Şahramanyan Fransanın “Le Figaro” nəşrinə müsahibə verib. O deyib ki, “mühacirətdə olan Qarabağ hökuməti İrəvanda fəaliyyətini davam etdirir”.

Paylaş: