Dünya

Papanın səhhəti yaxşılaşıb

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransiskin səhhəti yaxşılaşıb.

Son bir neçə aydır bronxit və soyuqdəymə səbəbindən bütün görüş və tədbirlərini ləğv edən Roma Papası Pasxa bayramı ərəfəsində növbəti dörd gün ərzində sıx qrafiklə işləyəcək.

Pontifik bu gün Müqəddəs Pyotr Kilsəsində keçirilən ibadət zamanı uzun xütbə oxuyub və minlərlə keşişlə birgə and içib. O, cümə günü Müqəddəs Pyotr Kilsəsində keçiriləcək mərasimə rəhbərlik edəcək, Kolizey ətrafında ənənəvi Xaç Yolu yürüşünə qatılacaq. Şənbə günü Pasxa duasına rəhbərlik edəcək, bazar günü isə Müqəddəs Pyotr meydanında ənənəvi “Urbi et Orbi” (“Romaya və dünyaya”) bayram xeyir-duasını oxuyacaq.

Qeyd edək ki, 87 yaşlı Papa Fransisk bu il iki dəfə xəstəxanaya yerləşdirilib. O, kəskin və yoluxucu bronxit olduğunu bildirib. Ağciyər iltihabından əziyyət çəkən Roma Papası səhhətindəki problemlə əlaqədar Dubayda keçirilən BMT-nin COP28 iqlim sammitində iştirak etməyib. Pontifik diz ağrısı səbəbindən bir müddətdir uzun səfərlər zamanı əlil arabasından istifadə edir.

Paylaş: