Rusiya Prezidenti Vladimir Putin seçki fondu prezidentlik kampaniyasına 317,75 milyon rubl xərcləyib.
Bu barədə Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının (MSK) saytında dərc olunan yekun maliyyə hesabatında bildirilib.
Vəsaitin böyük hissəsi – 163 milyon rublu radio və televiziyada seçki kampaniyasına xərclənib.
Putinin seçki fonduna ümumilikdə 477,38 milyon rubldan çox vəsait daxil olub. Seçki fondundan 128,38 milyon rubl geri qaytarılıb. cümlədən:
Qeyd edək ki, Rusiyada prezident seçkiləri martın 15-17-də keçirilib. Vladimir Putin 87 faizdən çox səs toplayaraq qələbə qazanıb.