İqtisadiyyat Manşet

Azərbaycan “Saudi Green” və “Middle East Green” ilə emissiyaların idarə edilməsini müzakirə edib

Azərbaycan və Səudiyyə Ərəbistanı iqlim fəaliyyəti sahəsində əməkdaşlıq imkanlarını, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının və Paris Sazişinin məqsəd və prinsiplərinə nail olmaq üçün birgə fəaliyyətə dair məsələləri müzakirə edib.

“Zirvə yolu” xarici mətbuata istinadən xəbər verir ki, müzakirələr Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səud ilə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin görüşü zamanı aparılıb.

Nazirlər, həmçinin Krallığın iqlim dəyişikliyinin təsirləri ilə bağlı səylərə və təşəbbüslərə diqqət yetiriblər. Nəzərdən keçirilən təşəbbüslərə bərpa olunan enerji mənbələrindən istifadə, “Saudi Green” və “Middle East Green” kimi təşəbbüslər vasitəsilə emissiyaların idarə edilməsi, azaldılması və təmizlənməsi, digər milli və regional proqramları daxildir.

Paylaş: