“BakuBus” MMC xəttə daha bir elektrik mühərrikli avtobus buraxıb.
“Zirvə yolu” şirkətə istinadən xəbər verir ki, yeni avtobus 5 nömrəli marşrut xəttində hərəkət edir.
Uzunluğu 24,4 km olan marşrut xətti 20-ci sahə-Nərimanov istiqamətində fəaliyyət göstərir.
Dünyanın aparıcı elektrik mühərrikli avtobuslar istehsalçısı olan Çinin “ZhongTong Bus” şirkətindən test məqsədilə alınan avtobus 12 metrlikdir, 34 nəfər sərnişin oturacağına, 80 nəfər ümumi sərnişin tutumuna malikdir.
Batareya gücü 373 kVt/saat olan avtobus tam enerji dolumunda 250 km məsafə qət edə bilir. Nəqliyyat vasitəsi müasir sərnişindaşıma tələblərinə tam cavab verir. Test müddətində elektrik avtobusunun Bakı şəhərinin mövcud relyefinə uyğunluğu yoxlanılaraq qiymətləndirilməsi aparılacaq. Testin nəticələrinə əsasən elektrik mühərrikli avtobusların Bakı şəhərinin ictimai nəqliyyatında tətbiqi ilə bağlı təklif hazırlanaraq hökumətə təqdim ediləcək.