Sumqayıtda fəhlə işlədiyi zavodda ölüb.
“Zirvə yolu” xəbər verir ki, hadisə Boru Yayma zavodunda qeydə alınıb.
1989-cu il təvəllüdlü Elşən Rasim oğlu Hacıyev iş zamanı istehsalat sahəsində dünyasını dəyişib. Hadisənin səbəbi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.