Cəmiyyət

Xaraba günə qoyulan BİNƏQƏDİ… – Kölgələnməyə ağac qoymayacaqlar…

Paytaxtın Binəqədi rayonu, 9-cu mikrorayon, Həmzə Babaşov küçəsi, “Zeytunluq” deyilən ərazidə bayram günləri genişləndirmə işlərinə başlanıb. Tribunainfo.az məlumat verir ki, çoxillik yaşıllıqlar məhv edilərək, həmin yerdə fəaliyyət göstərən “Zeytun” restoranı ərazini genişləndirir.

Xaraba günə qoyulan BİNƏQƏDİ... - Kölgələnməyə ağac qoymayacaqlar...

Belə təəssürat yaranır ki, restoran sahibi Binəqədi rayon İcra Hakimiyyətinin, Bakı şəhər İcra Hakimiyyətinin “xeyir-duası” ilə bu yaşıl genosidi həyata keçirməkdədir.

Bakının “COP29” konfransına ev sahibliyi edəcəyi bir ildə paytaxtda yaşıllığın məhv olunmasına göz yuman qurumların nə gözündə qorxu var, nə də Prezidentin yaşıllıqlar, qanunsuz tikililər haqda xəbərdarlıqlarını yada salırlar.Binəqədi rayon icra hakimiyyəti isə həmişəki kimi susur.

Məlumata görə, adıçəkilən restoranın genişləndirilən və əlavə tikintilər aparılan, həmçinin parklanma kimi istifadə olunan ərazisi özəl mülkiyyət deyil. Sadəcə, qanunsuz zəbt olunub. Belə ki, həmin yer BŞİH-nin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin balansında olan zeytunluq ərazidir.

Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən saytımıza bildirilib ki, qeyd olunan ərazidə tikinti işləri dayandırılaraq, müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə qurumlara müraciət edilib.(Tribunainfo.az) 

Paylaş: