Cəmiyyət Xəbər

Anar Bağırov: Gələn ildən bütün orderlər elektron qaydada veriləcək

Gələn ildən bütün orderlər elektron qaydada olacaq. “Zirvə yolu”nun məlumatına görə, bunu Vəkillər kollegiyasının sədri (VK) Anar Bağırov “Elektron vəkil orderi” və digər elektron xidmətlərin ictimaiyyətə təqdimatı zamanı deyib.Onun sözlərinə görə, yeni qərarla “Elektron vəkil orderi”nin cari ilin aprel ayından ilin sonuna qədər kağız daşıyıcı ilə paralel olaraq, növbəti ildən isə məcburi qaydada istifadə edilməsi nəzərdə tutulub:”Əvvəllər order kağız daşıyıcısı üzərindən təqdim olunub. Hazırda “Elektron vəkil orderi” layihəsinin davamı kimi “Elektron vəkil sorğusu” layihəsi üzərində yekun işlər aparılır. Müasir texnologiya vəkillərin heç bir problem olmadan müştəri ilə müqavilə bağlamasına imkan verir. Nəticə etibarilə gələn ildən bütün orderlər artıq elektron qaydada olacaq”.

Paylaş: