AFFA Stanislav Çerçesova Azərbaycan millisinin baş məşqçi postunu təklif edəcək. “Zirvə yolu” xəbər verir ki, bu barədə “Sport-Express” nəşri məlumat yayıb.Bildirilir ki, qurumun yeni rəhbərliyi rusiyalı mütəxəssislə rəsmi danışıq aparmağa hazırlaşır. 60 yaşlı çalışdırıcı bu posta əsas namizəd hesab olunur.Qeyd edək ki, Stanislav Çerçesov 2023-cü ilin yayında Macarıstanın “Ferentsvaroş” klubundan ayrıldıqdan bəri işsizdir.