Cəmiyyət

Qarabağ Regional Mədəniyyət idarəsində nələr baş verir?

Bir qurup Ağdam və Ağcəbədi sakinləri redaksiyamıza müraciət edərək ökənin adiyyatı qurumlardan kömək istəyir sakinlər müraciət edərək bildirir ki onlar rəsmi məktubla rəsmi qurumlara müraciət etdiklərini və lakin müraciətlərinin cavabini hələdə almamişlar onlara müraciətlərində sözü gedən məsələ ilə bağlı heçbir köməklik olunmamşdır.

Ağdam və Ağcəbədi rayonunun bir qurup sakinləri onlarin məktublarinin adiyyatı qurumların rəhbərliklərinə göstərilməməsi və bu baxımdan onlara kömək olunmamasını düşünərək arx.az xəbər portalının vastəsi ilə adiyyatı qurumlardan kömək istəyirlər.

Vətəndaşlarin müraciətlərini təqdim edirik.

Ağdam rayonu Qaradağlı kənd Uşaq Musiqisi Məktəbinin və Ağcəbədi rayonu Boyat kənd Uşaq Musiqi Məktəbinin bir qurup müəllim və digər şəxslər tərəfindən
ŞİKAYƏT ƏRİZƏSİ.
Hörmətli Prezident və köməkçiləri! Bildiririk ki,2 ilə yaxindir ki, Qarabağ Regiyonal Mədəniyyət idarəsi nin rəisi Qalib Həsənovun rəhbərliyi altında idarənin tabeliyində olan uşaq musiqi məktəblərində və digər incəsənət və rəhbərliyi altında idarənin tabeliyində olan uşaq musiqi məktəblərinin və digər incəsənət və digər sahələrə aid tədris müəssisələrində ciddi qanun pozuntulari ilə müşayət olunan hərəkətlərə ( və ya hərəkətsiliyə ) yol verilir,Bu barədə Prezident Aparatına, şəxsən sizə ünvanladğimiz yüzlərlə şikayət dolu ərizələrimiz və teleqramlarimiz məqsədli şəkildə gizlədilir və Sizə məruzə edilməsi təmin edilmir. Qanunun pozulmasini əks etdirən təqdim etdiyimiz bütün sübutlar, hətta video çəkilişlər Prezident Aparatından Mədəniyyət Nazirliyinə və oradan da haqqinda şikayətci olduğumuz Qarabağ Regional Mədəniyyət idarəsinə “tədbir görülmək “adi altinda göndərilir!
Hörmətli cənab Prezident! Bu hal Korrupsiya deyilsə, başqa adi nədir? Bununla bağlı uzun süründüməçiliyə məruz qaldğimizi nəzərə alib şəxsən siz ölkə rəhbəri İlham Əliyev cənabları ilə görüşmək istəyirik.Xaiş edirik yuxarıda qeyd etdiklərimizi və əlimizdə olan təksib edilməz sübutlari şəxsi qəbulunuzda təqdim etmək arzusu ilə bizə şəxsi qəbul keçirəsiniz və bundan ötrü fəaliyyətlərindən narazi qaldğimiz aidiyyəti şəxslərə bizim qəbulumuzun təşkili üçün göstərişlər verəsiniz!Bu ərizəmizin araşdırma və yaxudda tədbir görülmək adi altinda hər hansı bir Nazirliyə və yaxud Dövlət orqanlarina göndərilməsinə bəri başdan etrazimizi bildiririk və ciddi qanun pozuntusu kimi qəbul edəcəyik!

arx.az/

Paylaş: