Dünyanın bir çox şhou sahəsində olan tanınmış sənətçilər var ki, onlar sənətlərindən əlavə olaraq gəlir əldə etmək üçün muxtəlif sahələrdə biznes işləri qururlar. Bunu yetərincə ölkələrdə misal gətirmək olar.
Sənət adamı xalqın içindən çıxdığı üçün öz ölkəsinin vətəndaşlarınada xidmət etmək onun borcdur. Çox təsüflər hissi ilə deyə bilərik bizim ölkədə bu əksinədir. Aqşin Fateh siması uşaqdan tutmuş yaşlı nəsilə kimi hər kəsə məlumdur.
Bu şəxsin sənətinə və şəxsiyyətinə biz hər hansı şübhə ilə yanaşa bilmərik. Amma Nərimanov rayon ərazisində Aqşin bəyə məxsus olan “By Fateh” adlı restoranda kifayət qədər nöksanlar sadalamaq olar. Əylənmək üçün dostlarmızla bu məkana üz tutduq.
İlk öncə məkanın birinci mərtəbəsində gecə saatlarında azyaşlı uşaqların olması təcüb yaratdı. Məkana daxil olanda menyuda olan 25 manatlıq çaşqa qəlyan sifariş etdik. 2 ədəd hər biri 3 manata olan banka kola 1 ədəd 4 manata olan xırdalan pivəsi istədik.
Ofisianta dəfələrlə desək də pivəni bağlı butulkada gətir amma nədənsə öz bildiyi kimi açıq gətirdi. Pivə və qəlyanın bərbad vəziyyətdə olması danışlası hal deyil. Ümumilikdə 35 manat hesab edəcəyin zən edib, hesabı istədik 48 manat hesab gəldi.
Hesabı ödəmək üçün post terminal istəyəndə xidmətçi post terminal olmadığını bildirdi və yalnız kartdan-karta ödəniş etməyi məsləhət bildi. Bu halda qazanılan pulun vergidən yayınması deməkdi. Bundan əlavə məkanda havalandırma sistemi görmədik, olsa da belə ona havalandırma sistemi demək olmaz.
Təhlükəsizlik üçün hər hansı bir avadanlıqada rast gəlmədik. Məkan sanki 1 manatlıq çayxanalara bənzəyirdi. Xaricdən gələn qonaqmız isə səmimi şekildə belə bir söz dedi:
Burada pulsuz otursaq da yenə bahadı.Xidmət isə sıfırdanda aşağı dəyərləndirmək olar.
Ümidvarıq bu yazdan sonra adiyyəti qurumlar məsələni araşdırıb,lazımı tədbirlərini görəcəklər.
Azerbaycanrealligi.com
Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.