Dünya

ABŞ İrana qarşı yeni sanksiyalar hazırlayır

ABŞ İrana qarşı yeni sanksiyalar hazırlayır. “Zirvə yolu” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Canet Yellen (Janet Yellen) deyib.O bildirib ki, bu, İranın İsrailə hücumuna cavab məqsədindən irəli gəlir.Nazirin sözlərinə görə, Vaşinqton Tehrana qarşı mübarizədə tərəfdaşları ilə işləməkdən çəkinməyəcək.Xatırladaq ki, aprelin 13-də İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qanadlı və ballistik raketlərlə “Doğru vəd əməliyyatı” kod adı altında İsrailə hücum həyata keçirib. Hücumların aprelin 1-də İsrailin İranın Dəməşqdəki səfirliyini bombalamasına cavab olaraq həyata keçirildiyi bildirilir. Bu, iki ölkə arasında ilk birbaşa hərbi qarşıdurmadır. Aprelin 14-də səhər saatlarında İran İsrailə qarşı əməliyyatın başa çatdığını elan edib.

Paylaş: