Azərbaycanın Vatikan və Portuqaliyadakı səfiri İlqar Muxtarov etimadnaməsini Portuqaliya Prezidenti Marselo Rebelo de Sousaya təqdim edib. “Zirvə yolu”nun məlumatına görə, səfir görüş çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Portuqaliya Prezidentinə çatdırıb.Həmçinin İ.Muxtarov cari ilin noyabr ayında Bakıda keçiriləcək COP29-a Azərbaycan Prezidentinin dəvətini Portuqaliya Prezidentinə təqdim edib.Azərbaycanın Portuqaliya ilə ikitərəfli münasibətlərə xüsusi önəm verməsi və tezliklə Lissabon şəhərində Azərbaycanın diplomatik ofisinin açılmasının nəzərdə tutulması İ.Muxtarov tərəfindən Portuqaliya Prezidentinin diqqətinə çatdırılıb.Portuqaliya dövlət başçısı öz növbəsində Azərbaycan Prezidentinə salamlarını çatdıraraq dəvətə görə təşəkkürünü ifadə edib və tezliklə Azərbaycan dövlət başçısı ilə görüşməkdən məmnun olacağını bildirib.Qeyd edək ki, etimadnamənin təqdimetmə mərasimi XVI əsrə mənsub qədim kral sarayı və Portuqaliya Prezidentinin rəsmi rezidensiyası kimi fəaliyyət göstərən tarixi Belem sarayında baş tutub.