Bütün bölgələrdə lisey və gimnaziyaların sayının artırılmasını hədəfləyirik. “Zirvə yolu” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin açılış mərasimində deyib.Nazir qeyd edib ki, bu tipli təhsil müəssisələri yalnız Bakı və Sumqayıtda deyil, ölkənin bütün bölgələrində olmalıdır:”Gələcəkdə hər bir bölgədə ən azı 2-3 təmayüllü lisey fəaliyyət göstərməlidir”.