Cəmiyyət

“Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?” – ETİRAZ

“Zəfər parkı… Xaçmazın gözəl ünvanlarından biridir. 44 günlük şanlı qələbəmizi özündə əks etdirən, Azərbaycanda ilk dəfə Xaçmaz rayonunda inşa edilən Zəfər parkının ümumi ərazisi 4 hektardır. Parkda süni göl, fəvvarə, müxtəlif iaşə obyektləri yaradılıb. Bundan başqa idman qurğuları, velosiped zolağı , uşaqların əyləncəsi üçün atraksionlar , eləcə də, açıq havada tədbirlərin təşkili məqsədilə səhnədə mövcuddur. Parkın ərazisində müasir işıqlandırma sistemi qurulub və yaşıllıq zolaqları salınıb. Zəfər parkı yay aylarında Xaçmazlıların ən çox üz tutduğu məkanlardan biridir. AMMA…” Dia-az.info bildirir ki, iş də məhz bu “amma”dadır. Bu barədə yazan xaçmazlılar daha sonra bildiriir:

“Belə gözəl bir park maləsəf əlaqədar qurumların diqqətsizliyi və nəzarətsizliyi səbəbindən əksər hallarda atılmış yeri xatırladır ki, bu da ilk növbədə dövlətin – büdcənin puluna rəsmi məmurların sayğısızlığıdır.

Fakt budur ki, bura gələn vətəndaşlar təmizliyə riayət eləmirlər, tirnajorların çoxsu tamamı ilə sıradan çıxıb, yerlər “semiçka” qabığı və daha nələr….nələrlə doludur. Tamam vətəndaşlar zibilləyir… Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu? İcra başçısı hara baxır? Bilirmi ki bu park yalnız başçı orada və ya da yaxınlıqda olanda təmizlənir.

Dia-az.info vasitəsilə, xaçmazlılara da müraciət edirik… Millət, heç olmasa bir az parkın qayğısına qalaq… çünki icra hakimiyyəti yox kimidir”

Paylaş: