Neftçalada vəzifə uğrunda MÜBARİZƏ — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər…
Vaxtilə rüşvətə görə işdən çıxarıldığı iddia olunan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2 saylı Şirvan-Salyan Regional filialının sabiq direktoru Zəfər Nağıyev yaxın günlərdə Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinə rəhbər gətirilir.
Zəfər Nağıyev bu barədə özü yaxın ətrafına danışıb.
Təqribən 15 gündür boş qalan sözügedən vəzifəyə təyinat üçün Zəfər Nağıyevin hazırda məzuniyyətdə olan Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun da razılığını aldığı deyilir.
Zəfər Nağıyevin əsas rəqibi hesab olunan Əsəd Əsədov da sözügedən vəzifəyə iddialıdır.
Məlumata görə, hazırda Zəfər Nağıyevlə Əsəd Əsədov arasında ciddi mübarizə gedir.
Qeyd edək ki, Əsəd Əsədov hazırda Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin sədr müavinidir.(Demokrat.az)