Manşet Siyasət

Deputat: Çin Azərbaycanın müstəqilliyini bütün platformalarda dəstəkləyib

Çin Azərbaycanın müstəqilliyi ilə bağlı həmişə vahid mövqe nümayiş etdirib və ölkəmizin müstəqilliyini bütün platformalarda dəstəkləyib.

“Zirvə yolu” xəbər verir ki, bunu Milli Məclisin deputatı, Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Soltan Məmmədov “Azərbaycan-Çin Münasibətlərinin Yenidən Qiymətləndirilməsi: İrəliyə Doğru Yol” mövzusunda keçirilən tədbirin “Qlobal və Regional Dinamika: Azərbaycan və Çindən baxış” panelində çıxışı zamanı deyib.

“Regionda baş verən proseslər göstərir ki, Orta Dəhliz bir sıra dövlətlərin, o cümlədən Çinin böyük diqqətini çəkib. 2020-ci ildən bəri bu koridor vasitəsilə 2 milyon tondan çox yük daşınıb. Bizim gələcəklə bağlı optimist proqnozlarımız var. Çinlə mədəni əlaqələrimiz də yüksək səviyyədədir. Bu gün Heydər Əliyev Fondu da Azərbaycanla Çin arasında münasibətlərin dərinləşməsinə böyük töhfə verir”, – S.Məmmədov bildirib.

Deputat vurğulayıb ki, bu il COP29-a ev sahibliyi edəcək olan Azərbaycan Çinin bərpaolunan enerji sahəsindəki təcrübəsindən istifadə edə bilər.

Paylaş: