Cəmiyyət

Dəmir Dirim  Azercell Telecom-un  mütəxəssisi, abunəçilərin dostudur

 İnsan yer üzünün bəzəyi, gor evinin zinətidir. Susuz dəniz, səmasız torpaq olmadığı kimi insansız da yer üzünün yaraşığı olmazdı. İnsan bütün canlıların alisidir.

  İnsan daxilən saf, mənəvi cəhətdən kamil olmalıdır ki, bu da onun xoşbəxtliyini təmin etsin.

Dəmir Dirim  möhkəm iradə sahibi, əzmkar insan , hər çətinliyə sinə gərməyi bacaran şəxsdir.  Əzm və iradə Dəmir  xarakterinin ən müsbət cəhətlərindən biridir.

Çağdaş dünyamızda bir çox sahələrdə qloballaşma meylləri artır. Əmək şəraitində daha da cilalanır və yeni çalarlar əxz edir.

 Bəli, Azercell Satış Departamentinin rəisi Dəmir Dirimin insanlığını oxuculara yansıtmaq üçün nə qədər fəlsəfi nümünələr gətirsək də, azdır. Adı xarakteri ilə vəhdət təşkil edən, dəmir xarakterli, işgüzar, işinin bilicisi, insanlıq nümunəsi olan bu adamı tanımaq insanlığın düsturunu əzbərləmək kimi bir üstünlükdür.

Dəmir müəllim  insani  davranış qaydalarına, etik normalara riayət edir, şəxsi nümunəsi ilə seçilir və ətraf aləmdə artıq özü haqqında müsbət fikir formalaşdırıb. Onun  mədəni davranış etiketlərindən istifadəsi,  dünyagörüşü, erudisiyası  haqqında təəssürat yaradır.

Hər bir insan öz işinin mütəxəssisi, bilicisi olmalıdır.
Elə peşə sahələri vardır ki, burada mütləq təhsil və təcrübə vəhdətli şəkildə olmalıdır.  Dəmir Dirimin təhsil və təcrübəsi işindəki uğurlarının stimul mənbəyidir.

Dəmir Dirim öz daxili hisləri üzərində hakimlik etməyi bacaran, öz təmiz hislərinin qələbəsini təmin edən insandır.

Ümumiyyətlə götürdükdə, əsil insan həyatda tutduğu mövqeyindən asılı olmayaraq, ən təmiz hisslərin mücəssəməsi olmalıdır. 

Dəmir müəllim  bir şəxsiyyət kimi ən təmiz hiss və arzularıyla, işgüzarlığıyla özünü tanıtdırır.

Danışıqda və ya üzün mimikasında süni surətdə də müəyyən hiss və ifadələr yaratmaq mümkündür. Lakin əməli surətdə görülən iş insanın məqsədini tam ifadə edir. Dəmir Dirimin gördüyü işlər məqsəd və məramının carçısı olub fəaliyyətini işıqlandırır.

Bir dəfə qədim dövrün “əxlaq peyğəmbəri” hesab edilən Sokratdan soruşdular: İnsanda ən çox nəyi qiymətləndirirsiniz? Filosof tərəddüd etmədən cavab verir: İnsanlığı. Bəs insanlıq dedikdə nəyi başa düşmək olar? – sualına isə mütəfəkkir: – İnsana layiq olan keyfiyyətləri – deyə cavab vermişdir.

İndi insanların insanlığa və xeyirxahlığa olan ehtiyacı daha aktual məna kəsb edir. Başqa sözlə desək, indiki bəşəriyyət üçün ən zəruri islahat məhz insanlıq və xeyirxahlıq islahatıdır.

İnsanlıq və xeyirxahlıq islahatını həyata keçirən Dəmir Dirim həm də işgüzarlıq islahatı həyata keçirir.

Əsl humanist idealların həyata keçirilməsi üçün insana quru söz, sentimental coşqunluq gərək deyildir. Bunun üçün əməli iş görmək, məhrumiyyətlərə tab gətirmək, gələcək naminə bu günü qurban vermək kimi mərdlik nümunəsi göstərmək lazımdır.

Bəli, Dəmir Dirim sentimental coşqunluqla deyil, əməli işi ilə məhrumiyyətlərə tab gətirir.

Ölkəmizdə  öz işinin fanatiki olan mütəxəssislər, peşə sahibləri az deyil. Bu fanatikləri səciyyələndirən birinci xüsusiyyət onların canındakı yaşamaq-yaratmaq yanğısıdır. Yaşamağı hamı bacarar, amma bu yaşamağı yaratmağa, hamıdan seçilib öz peşəsinin Məcnunu olmağa səfərbər etmək çoxlarına müyəssər olmur.

 Dəmir Dirim  Azercell Telecom-un   mütəxəssisi, abunəçilərin dostudur.

Paylaş: