Cəmiyyət

Siqaretin qiyməti bahalaşacaq? – AKTUAL

Tütün məmulatının idxalı və istehsalını həyata keçirən sahibkarlıq subyektləri üçün yeni rüsum müəyyən edilir.
Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edildikdən sonra “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb. Dəyişikliyə görə, tütün məmulatının idxalı və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinə tütün məmulatının idxalı və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reyestrindən çıxarışın verilməsi rüsumu 150 manat təşkil edəcək. Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib
Bəs yeni rüsum siqaretin qiymətinə necə təsir edəcək?

Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Rəşad Həsənov “Sherg.az”a bildirib ki, tütün məmulatları ilə bağlı qəbul edilmiş yenilikləri məqsədəuyğun hesab edirəm:

“Son qərarlar daha çox bu istiqamətdən uçotun dəqiqləşdirilməsi, nəzarət və tənzimləmə mexanizmlərinin gücləndirilməsinə xidmət edir. Bu qaydalar və eyni zamanda rüsumlar qiymət artımları üçün iqtisadi əsaslar yaratmır. Sahə üzrə fəaliyyət göstərən müəssisələrin dövriyyəsi böyükdür. Bir sözlə, rüsumlar üzrə xərclər maya dəyərinə təsirsizdir”.

Paylaş: