Cəmiyyət

“Əlimi yumağa gedə bilmirəm. Belə insafsızlıq olmaz…” – ETİRAZ VAR…

Kürdəmir rayon sakini Həsənov Xaliq İlham oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən şikayətçidir.

“Mən, Həsənov Xaliq İlham oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

2023-cü ilin avqust ayından xəstəxanada yatıram. Səhhətim çox pis vəziyyətdədir, yeriyə bilmirəm. İflic diaqnozu qoyublar. Əlillik dərəcəsi almaq üçün sənədimi göndərirəm, imtina verirlər. Özüm-özümə baxa bilmirəm, bütün əziyyətimi yoldaşım çəkir. Hər şeyi burda yazmaq olmur. Əlimi yumağa gedə bilmirəm. Belə insafsızlıq olmaz.
Mənə deyirlər ki, məhkəməyə ver. Məhkəmə pulsuzdur? Məhkəmə dövlət qurumunun sözünü qoyub, mənim kimi ayağı işləməyən adamın sözünü deyərmi?!”
Şikayətçinin redaksiyamıza göndərdiyi video-müraciəti olduğu kimi təqdim edirik: (Hurriyyet.az)



Paylaş: