İrəvan Ermənistan və Azərbaycan XİN başçılarının Qazaxıstanda görüş imkanlarını nəzərdən keçirir
İrəvan Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycan xarici işlər naziri (XİN) Ceyhun Bayramovun Qazaxıstanda görüşünün keçirilməsi imkanını nəzərdən keçirir.
“Zirvə yolu” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ani Badalyan bildirib.
“Ermənistan Cənubi Qafqazda davamlı sülhə nail olmağa yönəlmiş vasitəçilik səylərini və ya danışıqlar platformalarını nəzərdən keçirir və dəstəkləyir. Əsas prinsipləri və qarşılıqlı razılaşdırılmış sənədləri müdafiə edir. Buraya Ermənistan və Azərbaycanın Alma-Ata bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyü və delimitasiya prosesini qarşılıqlı tanıması daxildir”, – o qeyd edib.