Cəmiyyət

Yevlaxın YARITMAZ BAŞÇISI… – BU NƏDİ BELƏ?!

Kimliyindən aslı olmayaraq hansısa rayona icra başçısı təyin edilən zaman, ölkə Başçısı şəxsən özü təyin ediləcək şəxsi qəbul edir. Qəbul zamanı təyin edildiyi rayonda insanlara xidmət etməyi tapşırır və onlardan əvvəl rəhbər olmuş şəxslərin etdiyi səhvləri etməməyi tapşırır. Yox əgər tövsiyyələri dinləməyib eyni səhvləri etsələr onları, onlardan öncə icra başçısı olmuş şəxslərin aqibəti gözləyir. Amma görnür Anar Tağıyev ölkə başçısı ilə görüşdə ona edilən tövsiyyələri dinləməyibdi. Əgər elə olmasaydı A.Tağıyev təyinatından indiyənə kimi etdiyi səhvləri etməzdi. Anar Tağıyevin icra başçısı olduğu şəhərdə şikayətlərin ardı arası kəsilmir. Bu gün Yevlax rayonundan paylaşılan görüntü isə bardağı daşıran son damla oldu. Belə ki, Yavlax rayonunun mərkəzi küçələrinin birində yerləşən binanın baş tərəfinə vurulmuş Ulu Öndər Heydər Əliyevin şəkli yarasız vəziyyətə düşüb. Amma nədənsə başı başqa işlərə qarışan Anar Tağıyev o, şəkli görmür. Bu isə özmnövbəsində Müstəqil Azərbaycanın qurucusuna qarşı hörmətsizlikdi. Görəsən Anar Tağıyev kimlərə güvənir ki belə məsuliyyətsizlik edir? 24xeber.az

Paylaş: