Burkina-Faso hakimiyyəti Fransanın “TV5Monde” telekanalının və Almaniyanın “Deutsche Welle” teleradio şirkətinin, həmçinin “Guardian” və “Monde” qəzetlərinin yayımını dayandırıb.
“Zirvə yolu” bu barədə AFP-yə istinadən xəbər verir.
Ölkənin Ali Kommunikasiya Şurası bir neçə beynəlxalq medianın (bəziləri qeyri-müəyyən müddətə) yayımını dayandırıb.
Sərəncamda göstərilənlər arasında Fransanın “Le Monde” qəzeti, Britaniyanın “The Guardian” nəşri, Almaniyanın” Deutsche Welle teleradio şirkəti və Fransanın “TV5 Monde” teleşirkəti də var.
2023-cü ilin yanvarında Burkina-Faso Fransa ilə Respublika qoşunlarının Afrika ölkəsində olmasını nəzərdə tutan müqaviləni pozub. Fransa Xarici İşlər Nazirliyinin nümayəndələri keçmiş metropoliyanın qoşunlarının Burkina-Fasonu bir ay ərzində tərk edəcəyini bildiriblər.
Elə həmin ilin mart ayında Burkina-Faso hakimiyyəti ölkədə “France 24” telekanalının yayımını qadağan edib.