Cəmiyyət

“İki ildir ki, öz torpaq sahəmizə girə bilmirdik” – NARAZILIQ VAR…

Yevlaxın Aran bələdiyyəsinə məxsus torpaq sahəsini zəbt edən Samux Rayon sakini Nuru Sultanov barəsində cinayət işi başlanılmasına baxmayaraq, Aran bələdiyyəsi tərəfindən vətəndaş Arif İbrahimova icarəyə verilmiş ərazidə qalmaqal salır, fermer İbrahimovun təsərrüfatına zərər vurmaqda davam edir.

Bu barədə Gununsesi.info-ya həmin ərazidə mülkiyyət hüququ olan Kəlbəcər köçkünü Arif İbrahimov danışıb.

İbrahimovun sözlərinə görə, Aran bələdiyyəsi tərəfindən ona icarə ilə verilmiş 20 ha torpaq sahəsinin bütün qanuni rüsumlarını ödəyib, Dövlət Əmlak Xidmətinin Daşınmaz Əmlak Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən çıxarış da alıb:

“Buna baxmayaraq, iki ildir ki, öz torpaq sahəmizə girə bilmirdik. Hüquq-mühafizə orqanlarına müraciətlərimizə sonra buna nail olduq. Ancaq barəsində cinayət işi açılan Nuru Soltanov adlı bir şəxs maneçilik törədir, təxribat yaradır. Hər dəfə yerli polisin müdaxiləsi ilə onların təxribatlarının qarşısı alınıb.
Arif İbrahimov media vasitəsilə Nuru Soltanovun və digər şəxslərin qanunsuzluğuna qarşı ciddi tədbir görülməsini xahiş edib.

Aran bələdiyyəsinin sədri Əbülfət Rzayev də Nuru Sultanovla Fərəc Hacıyevin qanunsuz hərəkətlərini təsdiq edib: “Aran bələdiyyəsinin müraciəti olub. Bu şəxslərin torpaq zəbt etmələri ilə bağlı cinayət işi var”.

Ancaq araşdırmamız zamanı onu da öyrəndik ki, ortada cinayət işinin olmasına baxmayaraq, Nuru Soltanov barəsində hər hansı bir prosessual hərəkət aparılmır. Bu isə onun öz əməllərini davam etdirmısi üçün imkanlar açır.

Barəsində olan şikayətlərə isə “Şəki İnzibati Məhkəməsinə müraciət etmişəm, Əmlak Xidmətinin keçirdiyi hərracı ləğv etdirəcəm” deyə cavab verir.

Onun dediklərini nəzərə alan Yevlax polisi onun haqqında ciddi tədbir görməkdən yayınır.

“Ancaq onu da öyrəndik ki, Nuru Soltanov 8 ay əvvəl Şəki İnzibati Məhkəməsinə ərizə versə də dövlət rüsumunu ödəmədiyi üçün məhkəmə işə baxmır.

Bu isə Nurunu şüurlu şəkildə etdiyi hərəkətdir ki, polisə aparılanda “işim məhkəmədədir” deyə Arif İbrahimov əlavə edib.

Arif Əliyev deyir ki, orada olmadıqları zaman Nuru Soltanov 1000 baş heyvanı onun sahəsinə salaraq zərər yetirib.

Arif İbrahimov Gununesi.info vasitəsi ilə baş prokuror Kamran Əliyevdən kömək istədiyini deyib.

Paylaş: