Təşkilati işlərlə əlaqədar olaraq Azərbaycan Premyer Liqasında XXXIII turun Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməli olan “Qarabağ” – “Neftçi” oyununun məkanı dəyişib.
“Zirvə yolu” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma “Azərsun Arena”da baş tutacaq.
Qeyd edək ki, oyun öncədən nəzərdə tutulduğu kimi mayın 4-də, saat 19:30-da start götürəcək.