Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görülüb.
“Zirvə yolu” Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, qadın şahmatçıların şəxsi Avropa çempionatının qalibi Ülviyyə Fətəliyevaya qızıl medal və kubok təqdim olunub.
Qalib şahmatçının şərəfinə Azərbaycanın Dövlət Himni səsləndirilib. Mərasimdə həmçinin müxtəlif nominasiyalar üzrə ən yaxşı performans nümayiş etdirən şahmatçılar təltif olunub.
Təmsilçilərimizdən Günay Məmmədzadə və Səbinə İbrahimova xüsusi mükafata layiq görülüblər.
Qeyd edək ki, Ülviyyə Fətəliyeva və Günay Məmmədzadə 2025-ci ildə keçiriləcək Dünya Kubokunda iştirak etmək hüququ da qazanıblar.