Bakının Yasamal rayonunda 19 yaşlı gənc qız yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb.“Zirvə yolu” xəbər verir ki, motosiklet yolu keçən 2005-ci il təvəllüdlü Muxtarova Duyğu Yusif qızını vurub.Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.Faktla bağlı araşdırma aparılır .