İqtisadiyyat Manşet

Bakının Elşən Süleymanov küçəsinin bir hissəsi təmir olunub

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Nizami rayonunun Elşən Süleymanov küçəsinin bir hissəsində təmir işləri aparıb.

“Zirvə yolu” bu barədə Agentliyə istinadən xəbər verir.

Təmir işləri küçənin Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissəsində icra olunub.Sözügedən hissənin uzunluğu 660, eni 13.33 metrdir.

Aparılan təmir işləri çərçivəsində deformasiyaya uğramış asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, küçəyə yeni asfalt-beton örtüyü döşənib, küçə boyu mövcud piyada səkilərinin bərpası işləri aparılıb.

Bu işlərə paralel olaraq yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması, yeni baxış qapaqlarının və yağış barmaqlıqlarının qoyulması işləri də icra olunub.

Yenidənqurma işlərinin son mərhələsində küçə zəruri yol nişanları, üfüqi nişanlanma xətləri ilə təmin olunaraq vətəndaşların istifadəsinə verilib.

Paylaş: