Avstraliya vətəndaşlarını İsraildən çıxmağa çağırıb
Avstraliya vətəndaşlarını İsraili tərk etməyə çağırıb. “Zirvə yolu” xəbər verir ki, bu barədə Avstraliyanın Xarici İşlər və Ticarət Nazirliyindən bildirilib. Qeyd olunub ki, bu çağırış Avstraliya vətəndaşlarının təhlükəsizliyinin təmin olunması xarakteri daşıyır. Xatırladaq ki, İran aprelin 13-də İsrail ərazisinə intensiv raket…
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına başlayıb
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri Alptekin Cihangir İşbilir Bakıya gəlib. “Zirvə Yolu”nun xəbərinə görə, türkiyəli diplomat ölkənin Azərbaycandakı səfiri Cahit Bağçı ilə görüşüb və artıq vəzifəsinin icrasına başlayıb. Xatırladaq ki, bundan öncə həmin vəzifəni Hüseyn Altınalan tuturdu.
Azərbaycan Premyer Liqasında tura Tovuzda start veriləcək
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI tura start veriləcək. “Zirvə Yolu”nun məlumatına görə, günün yeganə matçı Tovuzda keçiriləcək. “Turan Tovuz” “Sumqayıt”ı qəbul edəcək. Qarşılaşma saat 16:30-da başlayacaq. Meydan sahibləri 42 xalla altıncı, “gənclik şəhəri” təmsilçisi 44 xalla dördüncü…



