İqtisadiyyat Manşet

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa olunub – YENİLƏNİB

Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Bakının Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

“Zirvə yolu” xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Qeyd edək ki, Bakıda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq ötən gün Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saata endirilmişdi. Eyni zamanda məlumat sürət tablolarında “sürüşkən yol” işarəsi qoyulmuşdu.

06.05.2024. 23:10

Hazırda Bakıda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saata endirilib.

“Zirvə yolu” xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Eyni zamanda məlumat sürət tablolarında “sürüşkən yol” işarəsi qoyulub.

Paylaş: