Cəmiyyət

Yeni qərar maaşların artımına səbəb olacaq? – AÇIQLAMA

“Bu qərarın əmək haqlarının artırılmasına heç bir təsiri olmayacaq. Sadəcə minumum əmək haqqının hesablanması qaydası dəyişəcək. Ötən ilin yanvarın 1-dən minumum əmək haqqı 345 manat idi. İndi bunu keçirəcəklər saatlığa. Əgər, minimum əmək haqqını artırmaq istəsəydilər, 345 manatı artırardılar. Artırmaq başqa qərardır, hesablamaq qaydasını dəyişmək başqa qərar. Sadəcə hesablanma metodikasını dəyişirlər”.

Bu sözləri Mətbuat.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib. O bildirib ki, əvvəlki qayda daha çox sabit iş yerləri olan şəxslər üçün daha rahat idi:

“Kimsə 10 saat, 8 saat və s. işləyirdisə, qarışıqlıq yaranırdı. Dünya praktikasında belədir ki, Avropada, Amerikada, hər yerdə saatlıq əmək haqqıdan danışılır. Onun əsasında minumum əmək haqqı hesablanır. Biz də o praktikanın tətbiqi haqqında düşünürük. İnkişaf etmiş Qərb ölkələrində də saatlıq əmək haqqıdan danışılır. Ola bilsin ki, siz heç 40 saat işləməyə bilərsiniz. Yaxud ayda 195 saat işləmirsiniz.

Minumum əmək haqqı məsələsi tətbiqində də çətinliklər və suallar yarana bilər. 24 saat işləyə bilərsiniz, buna görə minumum standartın müəyyənləşdirilməsinə ehtiyac yarananda, işlər çətinləşə bilər. Amma indi daha sadə və rahat olacaq”.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu il iyulun 1-dək aylıq minimum əməkhaqqının saatlıq minimum əməkhaqqı ilə əvəz edilməsi ilə bağlı təklifləri hazırlaması və aidiyyəti üzrə təqdim etməsi tapşırılıb.

Seyranə Quliyeva / Metbuat.az

Paylaş: