“SOCAR Nəqliyyat İdarəsinin rəisi Ələddin Məmmədov, həmin idarənin 2 saylı Departamentinin rəhbəri Rövşən Əhmədov, 4 saylı Departamentinin rəhbəri Verdiyev Hümmət, 6 saylı Departamentin rəhbəri Ağaxan Əsədov tərəfindən mütamadi olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “ezamiyyə xərcləri haqqında “ qərarı, ölkənin əmək qanunvericiliyi pozulur və hansısa “meyarlara”əsasən cəzasız qalırlar”. Dia-az.info xəbər verir ki, bu ittihamı Neftçilərin hüquqlarının Müdafiəsi Təşkilatının sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı səsləndirib.
M.Qəhrəmanlı daha sonra “Bəlkə nepotizm… saxtakarlıq… vəzifə səlahiyyətindən sui-istifadə?” deyərək əlaqədar qurumlara sual edir və bildirir:
“Dəqiqləşdirdiyimiz məlumata görə, bir aylıq ezamiyyətə göndərilən işçilərə yol vərəqini 30 günlük verirlər. Amma ezamiyyə vərəqələrini hər həftə dəyişirlər.
Yəni ezamiyyə günlər yalnız 1-5-ci günləri əhatə edir. Həftə sonlarını ödəməmək üçün.İşçilər həmin günləri də ezamiyyəyə göndərilmiş rayonda qalırlar.
İşçilərin dediyinə görə, şənbə-bazar ezamiyyə yerini tərk etmək qadağandır, işçi bu halda cəzalana blər.
Böyük və balaca rəislər (“ padşahlar”) bunu ezamiyyə xərclərinin azaldılması məqsədilə “yuxarının tapşırığı” ilə olunduğunu bildirirlər…”