Amerikalı aktyor Stiv Buşemi naməlum şəxsin hücumuna məruz qaldıqdan sonra Nyu-York xəstəxanalarından birinə yerləşdirilib.
“Zirvə yolu” xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.
Aktyorun sözçüsü nəşrə bildirib ki, Stiv Buşemi Manhettenin mərkəzində hücuma məruz qalıb və şəhərdə təsadüfi zorakılıq aktının növbəti qurbanı olub.
O, həmçinin qeyd edib ki, döyülən aktyor hazırda yaxşıdır və Nyu-York küçələrində gedərkən başına gələn hadisədən çox kədərlənir.
S. Buşemiyə hücum edən şəxs hadisə yerindən qaçıb və polis onu axtarır. Nəşrin məlumatına görə, bundan əvvəl aktyor Maykl Stulbarq qaçarkən başına daşla zərbə endirilmişdi.