İqtisadiyyat Manşet

Apreldə Aktau-Bakı marşrutu üzrə rekord həcmdə konteyner daşımaları qeydə alınıb

Bu il Qazaxıstanın “Kazmortransflot” milli gəmiçilik şirkətinin (“Kazmunayqaz”ın törəmə müəssisəsi) konteyner gəmiləri Aktau-Bakı marşrutu üzrə Xəzər dənizi ilə 100 min tondan çox yük daşıyıb.

“Zirvə yolu” xəbər verir ki, bu barədə “Kazmunayqaz” şirkətindən məlumat verilib.

Aprel ayında rekord sayda konteyner daşımaları qeydə alınıb: 2850 TEU (təxminən 35 min ton yük), orta hesabla 2500 TEU (iyirmi fut ekvivalent vahid).

Şirkətin konteyner gəmiləri bu istiqamətdə ayda orta hesabla 8-9 gediş-gəliş həyata keçirərək Asiya ilə Avropa arasında əlaqəni təmin edir.

Paylaş: